Ukrayna Prezident Administrasiyasının müşaviri Ukraynanın mayın əvvəlindən gec olmayaraq Rusiya ilə sülh müqaviləsi bağlayacağını ehtimal edir
Ukrayna Prezident Administrasiyasının müşaviri Oleksiy Arestoviç mayın əvvəlindən gec olmayaraq Rusiya ilə sülh müqaviləsi bağlanılacağını ehtimal edir.
Arestoviçin açıqlamasını “BBC” yayır.
” Zənnimcə, may ayından gec olmayaraq, mayın başlanğıcında sülh sazişi əldə etməliyik. Ya çox tez bir zamanda, bir-iki həftəyə, qoşunların və hər şeyin çıxarılması ilə sülh razılaşması əldə olunacaq, ya da məsələn, ikinci raund üçün suriyalıları toplamaq cəhdi olacaq və biz onları parçalayacağıq. Aprelin ortaları və ya aprelin sonu üçün razılaşma olacaq” -deyə Arestoviç bildirib.
Xatırladaq ki, bundan əvvəl Pentaqon Rusiyanın Suriyalıları Ukraynada döyüşmək üçün cəlb etməyə çalışdığını bildirmişdi.