Ukrayna ordusunun işğal etdiyi Krımda Sevastopolun bombalanması nəticəsində 2 nəfər ölüb
Ukrayna ordusunun işğal etdiyi Krımda Sevastopolun bombalanması nəticəsində 2 nəfər ölüb

Ukrayna ordusunun işğal etdiyi Krımda Sevastopolun bombalanması nəticəsində 2 nəfər ölüb. Bu məlumatı Sevastopolun işğalçı rejiminin nümayəndəsi Mixail Razvojayev yayıb.

“İlkin məlumata görə, Ukrayna silahlı qüvvələrinin bu gün Sevastopola hücumu nəticəsində biri iki yaşlı uşaq olmaqla iki mülki şəxs həlak olub. Üçkuevkada vəziyyət ağırdır. Bütün təcili tibbi yardım qrupları səfərbər olunub. “Artıq bir neçə nəfər xəstəxanaya köçürülüb”, – məlumatda deyilir.

Rusiya mətbuatı xəbər verir ki, 22 nəfərin tibbi yardıma ehtiyacı var. Raket hücumunun dəf edilməsi zamanı Sevastopolda bir neçə nəfərin qəlpələrdən yaralandığı da bildirilir.