Ukrayna ordusunun hissələri Çasov Yarın bir rayonu yaxınlığında geri çəkiliblər
Ukrayna ordusunun hissələri Çasov Yarın bir rayonu yaxınlığında geri çəkiliblər

 
Ukrayna ordusunun hissələri Çasov Yarın bir rayonu yaxınlığında geri çəkiliblər. Ukrayna mediasının məlumatına əsasən, ukraynalı hərbçilərin Çasov Yar şəhərinin Kanal mikrorayonundan çıxarılmasına səbəb rus ordusu tərəfindən Ukrayna mövqelərinin məhv edilməsi olub.

Qoşunların “Xortitsa” əməliyyat-strateji qrupunun nümayəndələri bildiriblər ki, Rusiyanın hərbçilərinin daxil olduğu Kanal mikrorayonunda qalmaq Ukraynanın hərbi qulluqçularının həyatına təhlükə yaradırdı.

“Komandanlıq daha qorunan və hazırlıqlı mövqelərə çəkilmək qərarını verdi, lakin düşmən orada da aktiv döyüş əməliyyatlarını dayandırmır. Düşmənin bombardmanının böyük hissəsi məhz Çasov Yar şəhərinin cənub hissəsinin payına düşür. İşğalçılar artilleriya bombardmanı həyata keçirirlər, idarə olunan aviabombalar və kamikadze pilotsu uçuş aparatlarından istifadə edirlər” – deyə bəyanatda qeyd olunub.