Ukrayna Ordusunun Quru Qoşunlarının məlumatına görə, Rusiya işğalçı qüvvələri bu gün rekord sayda itkilər verib
Rusiya işğalçı qüvvələri bu gün rekord sayda itkilər verib, mindən çox əsgər məhv edilib – bu barədə Ukrayna Ordusunun Quru Qoşunlarının mətbuat xidməti xəbər yayır.
“Rusiya mövcud olduğu dövrdə başlatdığı heç bir silahlı münaqişədə hərbi əməliyyatların belə zaman kəsiyində heç vaxt bu qədər hərbi personal itkisi verməyib. Ukrayna silahlı qüvvələri cəbhə xəttini qətiyyətlə qoruyur və öz torpaqlarını işğalçıdan müdafiə edəcək ” -deyə bəyanatda qeyd olunub.
Ukrayna hakimiyyətinin məlumatına görə, hazırda Melitopol, Mariupol, Çerniqov və Kiyev vilayətlərində döyüşlər gedir.