Ukrayna ordusu Rostov vilayətində pilotsuz uçan aparatların anbarını bombalayıb, Ukrayna mətbuatı xəbər verir ki, kəşfiyyat xarakterli pilotsuz təyyarələrin anbarı məhv edilib
Ukrayna ordusu Rusiyanın Rostov vilayətində pilotsuz uçuş aparatları anbarını bombalayıb. Ukrayna mətbuatının yazdığına görə, Ukrayna Təhlükəsizlik Xidməti hücumu Neptun raketi ilə həyata keçirib.
Geniş yayılmış məlumatlara görə, birinci mərhələdə Ukrayna pilotsuz təyyarələri Rusiyanın hava hücumundan müdafiəsini “artıq yükləyib”, daha sonra isə “Neptun” obyekti vurub. Ukrayna mətbuatının məlumatına görə, kəşfiyyat xarakterli pilotsuz təyyarələrin anbarı məhv edilib.
Bu qurğular Rusiya tərəfindən Ukrayna şəhərlərinin bombalanması zamanı və cəbhə xəttində hücumu tənzimləmək üçün istifadə olunur.