Ukrayna ordusu işğal altındakı Krımda Rusiya işğalçı qüvvələri tərəfindən yerləşdirilmiş raket diviziyalarını bombalayıb
Ukrayna ordusu işğal altındakı Krımda Rusiya işğalçı qüvvələri tərəfindən yerləşdirilmiş raket diviziyalarını bombalayıb

 
Ukrayna ordusu işğal altındakı Krımda Rusiya işğalçı qüvvələrinin “S 400” raket diviziyasını bombalayıb. Ukrayna Ordusunun Baş Qərargahının məlumatında, rus raket bölməsinin Cankoy rayonunda bombalandığı deyilir. Ukraynalı hərbçilər eləcə də işğal altındakı Krımın Yevpatoriya şəhəri yaxınlığında yerləşdirilmiş iki “S 300” raket diviziyasını bombalayıblar.

“Raketlərimizin heç biri düşmənin “olduqca effektiv” hava hücumundan müdafiəsi tərəfindən zərərsizləşdirilməyib. Konkret olaraq, sözügedən rayonlarda Ukraynanın raket qüvvələrinin hücumundan sonra “S-300” və “S-400” komplekslərinin radarlarının fəaliyyətinin dərhal dayanması qeydə alınıb” – Ukraynanın Baş Qərargahının bəyanatında qeyd olunub.

Bundan başqa, Rusiya Federasiyasının zenit-raket diviziyalarının ilkin mövqelərinin hər üç bölgəsində döyüş sursatının partlaması haqda məlumat yayıldı.