Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Aleksey Navalnının təbii səbəblərdən öldüyünü bildirir
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Aleksey Navalnının təbii səbəblərdən öldüyünü bildirir

 
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, rus müxalifətçi Aleksey Navalnının təbii səbəblərdən öldüyünü bildirir.

Məlumatı “Ukrainskaya pravda” yayır.

Budanov, Navalnının ölüm səbəbinin qan laxtalanması olduğunu deyir.

“Bu, sizi məyus edə bilər, amma onun qan laxtasından öldüyünü bilirik. Bu az-çox təsdiqlənib. Bu, internetdən götürülmüş hekayə deyil, amma təəssüf ki, o, təbii səbəblərdən dünyasını dəyişib” – Budanov bildirir.