Ukrayna Müdafiə Nazirliyində bəyan edirlər ki, ölkə Azov Dənizinə əlçatarlığını müvəqqəti itirdi
Ukrayna Müdafiə Nazirliyində bəyan edirlər ki, rus qüvvələri Mariupolu mühasirəyə aldıqdan sonra ölkə Azov Dənizinə əlçatarlığını müvəqqəti itirdi.
“Reuters”-in məlumatına görə, liman şəhərində yaşayış evlərinin 80 faizi ya zədələnib ya da uçubdur. Bununla yanaşı, agentlik yazır ki, minə qədər insan şəhərin teatrına endirilən zərbə nəticəsində bu vaxta qədər dağıntılar arltında qalıbdır.
24 fevralda başlayan döyüş əməliyyatlarların hədəflərin biri məhz elə Mariupol təşkil edirdi. Şəhər cənubda işğal olunmuş Krım yarımadasına, şimalda isə, işğal olunmuş Donetskə həmsərhəddir.