Ukrayna müdafiə nazirinin müavini - 24 fevraldan bəri Ukraynada 5300 rus hərbçisi həlak olub
Ukrayna müdafiə nazirinin müavini sosial şəbəkədə Rusiya ordusunun itkiləri ilə bağlı məlumat yayıb.
Anna Maliarın sözlərinə görə, fevralın 24-dən bəri Rusiya işğalçı qüvvələrinin itkiləri 5300 əsgəri təşkil edib.
Onun sözlərinə görə, fevralın 24-dən fevralın 28-i saat 06:00-a kimi təxmini ümumi itkiləri belədir: 29 təyyarə, 29 helikopter, 191 tank, 816 zirehli transportyor, 74 artilleriya qurğusu, bir BUK-1 hava hücumundan müdafiə sistemi və , 291 ədəd motor texnikası, 60 ədəd yanacaq çəni, üç ədəd pilotsuz uçuş aparatı, iki ədəd hərbi gəmi, beş ədəd hava hücumundan müdafiə sistemi. Şəxsi heyət arasında itki 5300-ə yaxın əsgərdir.
“Məlumat orientirlidir və dəqiqləşdirilə bilər, çünki döyüş zamanı məlumat əldə etmək olduqca çətindir, komandirlər ilk növbədə döyüşün aparılmasına diqqət yetirirlər” dedi Maliar.