Ukrayna Müdafiə naziri - düşmənin Ukraynada hərbi resursu tükənir və logistik kolaps olacaq
Ukrayna Müdafiə naziri - düşmənin Ukraynada hərbi resursu tükənir və logistik kolaps olacaq

Ukrayna Müdafiə naziri, Oleksey Reznikovun bəyan etdiyinə görə, düşmənin Ukraynada hərbi resursu tükənir və lbundan sonra logistik kolaps olacaq. Bu barədə nazir “feysbuk” sosoial şəbəkəsində yazır.

“Düşmənin Ukraynada hərbi resursu tükənir və lbundan sonra logistik kolaps olacaq. Bunu dərk edən düşmənə təslim olmaq meyli təkcə hər bir əsgər səviyyəsində deyil, iyirimilik səviyyəsində də artır. Onlar artıq başa düşürlər ki, “imtahandan 200 bal toplayan” minlərlə yoldaşlarının cəsədi Ukrayna torpağında qalıb. Moskva onların ölümünü tanımır, onlar Putinə görə imperiya arzusuna çatmaq üçün top əti, istehlak materiallarıdır. Bir çoxu başa düşdü ki, onlara xəyanət etdilər”, – Reznikov yazır.

Elə onun dedyinə görə, işğalşçıların xilas olmasının yeganə yolu təslimdir.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin başlamasından bu günə qədər Rusiya hərbçilərinin itkiləri ilə bağlı məlumat yaydı. Fevralın 24-dən martın 5-dək olan müddətdə rus işğalçı qüvvələri itirdi – 10 000-ə qədər şəxsi heyət, 269 ədəd tank, 945 ədəd zirehli transportyor, 105 ədəd artilleriya sistemi, 50 ədəd raket sistemi, 19 ədəd hava hücumundan müdafiə, 39 ədəd təyyarə, 40 ədəd helikopter, 409 ədəd nəqliyyat vasitələri, iki ədəd yüngül kater, 60 ədəd yanacaq çəni, üç ədəd pilotsuz uçuş aparatı.

“Məlumatlar dəqiqləşdirilir. Hərbi əməliyyatların yüksək intensivliyi hesablamanı çətinləşdirir”, – Baş Qərargahda bəyan edirlər.