Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri bildirib ki, Ukrayna Silahlı Qüvvələri Sum vilayətində dövlət sərhəd xəttinə çatıb
Ukrayna Silahlı Qüvvələri Sum vilayətində dövlət sərhəd xəttinə çatıb. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Oleksiy Danilov deyib.
“Qəhrəmancasına milli müqavimətin səkkizinci gününü təcili bir xəbərlə başlayaq.2022-ci ildə təcavüzkar terrorçu dövlət olan Rusiya ilə müharibənin yeddinci günündə 5-ci önbölmə dəstələrimizin sərhədçiləri Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birgə Sum vilayətində Ukraynanın dövlət sərhəd xəttinə çıxıb.
Ukraynanın Dövlət Sərhəd Xidməti qarşıya qoyulan tapşırıqların öhdəsindən mükəmməl gəlir və Ukrayna ərazisində rus işğalçılarını amansızcasına məhv edir” -deyə Danilov bildirib.