Ukrayna mətbuatının məlumatına görə, Rusiya ordusu Xarkov şəhərini növbəti dəfə bombalayıb, yaralananlar var

10:34, 22.09.2024

Ukrayna mətbuatının məlumatına görə, Rusiya ordusu Xarkovu idarə olunan aviabombalarla vurub. Bombalardan biri çoxmərtəbəli yaşayış binasına düşüb. Üçü uşaq olmaqla azı 21 nəfər xəsarət alıb.

Xarkov Rayon Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubovun sözlərinə görə, şəhərə iki bomba düşüb. Onlardan biri Xarkov şəhərinin Şevçenkov rayonunda çoxmərtəbəli yaşayış binasını vurub.

Məlumat üçün bildirək ki, Rusiya ordusu son zamanlar demək olar ki, hər gün Xarkova hücumlar həyata keçirir. Rusiya Müdafiə Nazirliyi bu hücumu şərh etməyib.

Oxşar