Ukrayna mətbuatının məlumatına görə, ötən gecə Ukraynanın hava hücumundan müdafiəsi Rusiyanın atdığı 30 raket və pilotsuz təyyarədən 29-nu məhv etməyə nail olub
Ukrayna mətbuatının məlumatına görə, ötən gecə Ukraynanın hava hücumundan müdafiəsi Rusiyanın atdığı 30 raket və pilotsuz təyyarədən 29-nu məhv etməyə nail olub

Bütün gecə Ukraynada hava həyəcanı elan edilib. Ukraynanın hava hücumundan müdafiəsi Rusiyanın atdığı 30 raket və pilotsuz təyyarədən 29-nu məhv etməyi bacarıb. Ukraynanın hava hücumundan müdafiəsi 24 pilotsuz təyyarə və beş qanadlı raketi vura bilib.

Rusiya Ukraynanın paytaxtı Kiyevə hücum etmək üçün qanadlı raketlər, pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edib.

Hücum nəticəsində sənaye obyektlərindən birində yanğın baş verib. Yanğının söndürülməsi istiqamətində işlər hələ də davam edir.

Dnepropetrovsk vilayətinə hücum nəticəsində 13 yaşlı uşaq yaralanıb, evlərə ziyan dəyib.