Ukrayna mətbuatının məlumatına görə, Kiyevdə naməlum şəxslər Zurab Adeişviliyə hücum ediblər, o xəstəxanaya yerləşdirilib
Naməlum şəxslər Kiyevdə Zurab Adeişvilini döyüblər. Bu barədə Ukrayna mətbuatı məlumat yayır.
Kiyev polisinin məlumatına görə, Adeişvili dörd naməlum şəxs tərəfindən hücuma məruz qalıb, döyülüb və daha sonra onlar yoxa çıxıblar.
Onların verdiyi məlumata görə, aldığı xəsarət səbəbindən Adeişvilinin xəstəxanaya yerləşdirilməsi zəruri olub.
Mətbuatın yazdığı üzrə, döyülmə faktı Adeişvilinin Gürcüstandakı fəaliyyəti ilə bağlıdır.
Zurab Adeişvili hazırda Ukrayna Baş Prokurorunun müşaviri vəzifəsində çalışır.