Ukrayna məhkəməsi Mixail Saakaşviliyə veriləcək cəza tədbirini bugün müzakirə edəcək
Mixail Saakaşviliyə verilən cəza tədbirini Ukrayna məhkəməsi bugün müzakirə edəcək.
Vəkillər ehtimal edirlər ki, Saakaşvilinin prosesi Peçorski Rayon Məhkəməsində keçiriləcək, çünki bu işi baş prokurorluq aparır. Prosesin dəqiq saatı hələ məlum deyil.
Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqanın bəyanatına görə, prokurorluq Saakaşvilinin ev həbsini və elektron biləzik gəzdirməsini tələb edir.
Saakaşviliyi müdafiyə edən tərəf isə bəyan edir ki, onu məhkəmə zalından azad edəcəklər.
Saakaşvilinin vəkilinin dediyinə görə, onlarda, Saakaşvilinin evinin yoxlanışı zamanı, hüquqmühafizəçilər tərəfindən yol verilən qanunsuzluq haqqında ciddi dəlilləri var.
Məhkəmə prosesinə paralel olaraq, Saakaşvilinin tərəfdarları etiraz aksiyaları keçirməyə davam edirlər.
Mixeil Saakşvilinin özü isə, hazırda Təhlükəsizlik Xidmətinin müvəqqəti təcridxanasındadır.
Xatırladaq ki, Ukrayna iqtidarı Saakaşviliyi hökümət çevrilişini təşkil edən qruplarla əməkdaşlıqla ittiham edir.