Ukrayna medyası - Valadimer Zelenski Varşavada Salome Zurabişvili ilə görüşəcək
Ukrayna prezidenti Valadimer Zelenski Varşavada Salome Zurabişvili ilə görüşəcək.
Bu barədə məlumatı Ukraynanın “Unian” nəşriyyatı yayır.
Nəşriyyatın məlumatına görə, avqustun 31-də Ukrayna prezidenti Varşavada İkinci Dünya Müharibəsinin 80-ci ildönümü ilə bağlı tədbirdə iştirak edəcək. Zelenskinin nümayəndələri tərəfindən medyaya verilən məlumata əsasən, sentyabrın 1-də Zelenski orada bir neçə xarici həmkarı ilə görüşəcək. Bunlar Belçika, Litva və Gürcüstan prezidentləridir.
Məlum olduğu kimi, Varşavaya ABŞ prezidenti də gedəcək, hansının Ukrayna prezidenti ilə görüşü ehtimal olunur.
Varşavadaki memorial tədbirə Rusiya prezidenti dəvət olunmayıb.