Ukrayna mediasının məlumatına görə, ukraynalı hərbçilər Rusiyanın Kursk vilayətinin, Suci şəhərinin 22 kilometrində olan Giri kəndi yaxınlığında görünüblər

19:00, 12.08.2024

Ukraynalı hərbçilər Rusiyanın Kursk vilayətinin, Suci şəhərinin 22 kilometrində olan Giri kəndi yaxınlığında görünüblər,- bu barədə məlumatı Ukrayna mediası “Bild” nəşrinə istinadən yayır.

Ukrayna mediası yazır ki, Kursk vilayətinə daxil olmağa başlayandan sonra Ukrayna silahlı qüvvələri Suci şəhərinin ərazisində, 38K-004 şossesi boyunca, həmçinin, cənub və şimaldan irəliləyirdi. Hazırda isə ukraynalı hərbçilər Sucinin şərqinə doğru irəliləyib.

İyulun 11-də Belaya rayonunun rəhbəri Nikolay Volobuev rayon mərkəzindən Ukraynanın təxribatçı-kəşfiyyat qrupunun ora daxil olduğu barədə müraciət yazıb.

Oxşar