Ukrayna mediasının məlumatına görə, Rusiyanın Xarkova endirdiyi aviazərbələr nəticəsində 15 nəfər yaralanıb, Kupyansk rayonunda baş verən partlayışda 1 nəfər həyatını itirib
Ukrayna mediasının məlumatına görə, Rusiyanın Xarkova endirdiyi aviazərbələr nəticəsində 15 nəfər yaralanıb, Kupyansk rayonunda baş verən partlayışda 1 nəfər həyatını itirib

 
Rusiyanın Xarkova həyata keçirdiyi aviazərbələr nəticəsində 15 nəfər yaralanıb. 20 yaşayış binasına ziyan dəyib. Məlumatı Ukrayna mediası Xarkov Vilayət Prokurorluğuna istinadən yayır.

Ukrayna mediasının yaydığı məlumatda, Xarkov ərazisində 3 partlayışın qeydə alındığı deyilir.

Son 24 saat ərzində Xarkov vilayətinin Kupyansk rayonu da bombalanıb. Hücum nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.