Ukrayna mediasının məlumatına görə, Rusiya qüvvələri Lvov yaxınlığındakı İavorov hərbi poliqonuna hava zərbəsi endirdilər
Rusiya qüvvələri Lvov yaxınlığındakı İavorov hərbi təlim poliqonuna hava zərbəsi endirdilər. Ukrayna mətbuatının Lvov vilayət hərbi administrasiyasının rəhbəri, Maksim Kozitskiyə istinadən verdiyi məlumata görə, poliqon istiqamətində 8 raket atıldı. Kozicki dediyinə görə, hava hücumları nəticəsində xəsarət alanlar barədə məlumat yayılmır.
Beynəlxalq sülh və təhlükəsizlik mərkəzi təşkil edən Lvov yaxınlığındakı İvorov poliqonu Lvov şəhərindən təxminən 30 kilometr aralıda yerləşir.
Ukrayna Daxili İşlər nazirinin məsləhətçisi, Vadim Denisenkonun Ukrayna mediasına verdiyi məlumata görə, Rusiya İavorov poliqonuna endirdiyi hava zərbəsi ilə, Ukraynada sakit və təhlükəsiz yer olmadığını göstərməyə çalışır.
Qeyd olunasıdır ki, bu, Rusiya qüvvələrinin Ukraynanı işğal etməsindən sonra Lvov vilayətində ilk zərbədir.