Ukrayna mediasının məlumatına görə, Kiyevə Ukrayna ordusu tamamilə nəzarət edir
Ukrayna mediasının məlumatına görə, Kiyevə Ukrayna ordusu tamamilə nəzarət edir

Kiyevə Ukrayna ordusu və ərazi müdafiə qüvvələri tamamilə nəzarət edir, gecə ərzində təxribatçı qruplarla cəmi bir neçə toqquşma oldu. Bu barədə Ukrayna mətbuatı Kiyev şəhər administrasiyasına istinadən xəbər verir.

Yayılan məlumata görə, Kiyev yaxınlığındakı Vasilkovo yaxınlığında rus işğalçı qüvvələrinin bombaladığı neft bazasında baş verən yanğını ərazidə döyüşlər davam etdiyi üçün söndürmək mümkün olmur.

Şəhər administrasiyası Kiyev və bütün rayon sakinlərini neft bazasındakı yanğınla əlaqədar pəncərələri möhkəm bağlamağa çağırıb, çünki külək tüstü və zərərli maddələri məskunlaşan ərazilərə apara bilər.