Ukrayna mediasının məlumatına görə, Donetsk bölgəsindən təxliyyə marşrutunda döyüşlər gedir və bu səbəbdən təxliyyə təxirə salındı
Ukrayna mediasının məlumatına görə, Donetsk bölgəsindən təxliyyə marşrutunda döyüş əməliyyatları gedir və bu səbəbdən təxliyyə təxirə salındı.
Ukrayna hakimiyyəti Mariupoldan dinc sakinlərin təxliyyəsinin bütün marşrutu boyunca sükut rejimini təsdiqləmək üçün Rusiya tərəfi ilə danışıqlar aparır.
Mariupol Şəhər Şurasının məlumatına görə, rus qoşunları həmçinin Mariupol və onun ətrafını bombalamağa davam etdirirlər.
Ukrayna baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri, İrina Vereşçuk bəyan etdi ki, humanitar yardımların daşınmasına tədbiq olunan sükut rejiminə baxmayaraq, Rusiya qoşunları Volnovaxı ağır silahlarla bombalamağa başladı.