Ukrayna mediası, Volodimir Zelenskinin baş nazir Denis Şmiqalı istefaya göndərməyi planlaşdırması haqda məlumat verir
Ukrayna mediası, Volodimir Zelenskinin baş nazir Denis Şmiqalı istefaya göndərməyi planlaşdırması haqda məlumat verir

 
Ukrayna mediası, ölkənin prezidenti Volodimir Zelenskinin baş nazir Denis Şmiqalı istefaya göndərməyi planlaşdırması haqda məlumat verir. Ukrayna mediasına bu məlumatı anonim olaraq Zelenskinin ətrafı verib.

“Prezident Şmiqaldan yorulub, bu, onun münasibətində də görünür, o, artıq ona qulaq asmır” – mənbə deyir.

Onun sözlərinə əsasən, Zelenski baş nazirdən daim “yaradıcı həllər və təkliflər” gözləyir, lakin Şmiqal “son illərdə böyüsə də, tam dəyişməyib”.

Daha bir mənbə “Ukrainskaya pravda”ya Şmiqalın istefaya göndərilməsi məsələsinin son iki ayda ikinci dəfədir müzakirə olunduğunu deyib. Nəşrin məlumatına əsasən, birinci vitse-baş nazir, iqtisadiyyat naziri Yuliya Sviridenko, eləcə də Ukraynanın Ərazi İnkişafı Nazirliyinin sabiq rəhbəri, “Naftoqaz”ın idarə heyətinin sədri Aleksey Çernişov namizədlər olaraq görülür.