Ukrayna mediası - Ukraynada döyüşçü olan Lado Qamsaxurdia "Gürcü arzusu" seçkilərdə qalib gələcəyi təqdirdə inqilab və qanla hədələyir
Ukraynada döyüşən gürcü könüllü, “Azad Qafqaz Dəyirmi Masa” təşkilatının təsisçisi Lado Qamsaxurdiya Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü arzusu”nun qalib gələcəyi təqdirdə inqilab və qanla hədələyir.
Ukrayna mətbuatının məlumatına görə, Lado Qamsaxurdia sosial şəbəkədə müvafiq bəyanat yayıb.
“Bu, inqilab olacaq və demokratik dünya bu inqilabı dəstəkləməlidir. Biz qandan qorxmuruq, ölüm-dirim gələndə heç kim Kremlə verməyəcək və mən istənilən üsula hazıram”. Qamsaxurdiya bildirib.