Ukrayna mediası, Rusiyanın Kiyevə raket hücumu etməsi haqda məlumat verir
Ukrayna mediası, Rusiyanın Kiyevə raket hücumu etməsi haqda məlumat verir

 
Rusiya Ukraynanın paytaxtı Kiyevə raket hücumu edib. Ukrayna mediası, bombardman nəticəsində 3 nəfərin yaralanması haqda məlumat verir.

Bu gün Kiyevin Obolon və Qoloseev rayonlarında güclü partlayış səsləri eşidilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatında, raketin parçalarının Kiyevin altı rayonuna düşdüyü deyilir.

Yayılmış məlumata əsasən, Rusiya Ukraynanın paytaxtına “Kalibr” və “Kinzhal” tipli raketlərlə hücum edib, lakin hava hücumundan müdafiə sistemi irimiqyaslı hücumu dəf edə bilib.