Ukrayna Xarici İşlər Nazirliyi - Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşı ilə siyasi "haqq-hesabı" dərhal dayandırmalı və onu Ukraynaya təhvil verməlidir
Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşı ilə siyasi “haqq-hesabı” dərhal dayandırmalı, onun hüquqlarının qorunmasına zəmanət verməli və onu Ukraynaya təhvil verməlidir-bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bəyanatda qeyd edildiyi kimi, Ukrayna Xarici İşlər Nazirliyi Mixeil Saakaşvilinin maraqlarını qorumağa davam edəcək.
“Ukrayna Xarici İşlər Nazirliyi Tbilisi Şəhər Məhkəməsinin Mixeil Saakaşvilinin səhhətinin ağır olması səbəbindən onun cəzasının təxirə salınması və ya azad edilməsi barədə müdafiə tərəfinin tələbini rədd edən qərarından məyusluq hissi keçirir. Məhkəmə həkimlərin Mixeil Saakaşvilinin xəstəliyinin şiddəti ilə bağlı verdiyi rəyi nəzərə almayıb. O, vətəndaşın xaricə müalicəyə aparılmasından da imtina edib. Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşı ilə siyasi “haqq-hesabı” dərhal dayandırmalı, onun hüquqlarının qorunmasına zəmanət verməli və onu Ukraynaya təhvil verməlidir. Ukrayna Xarici İşlər Nazirliyi azad edilməli olan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin maraqlarını qorumağa davam edəcək” – deyə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Məhkəmə vəkillərin Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etməyib.