Ukrayna xalq deputatının məlumatına görə, Mariupol Dram Teatrının sığınacağı ava hücuma dözdü, orada olanlar xilas oldular
Mariupol Dram Teatrının sığınacağı ava hücuma dözdü, orada olanlar xilas oldular, – bu barədə Ukrayna mediası Ukrayna xalq deputatı, Sergey Tarutaya istinad edrək yazır.
“Dəhşət geəcədən sonra, müharibəinin 22-ci günü Mariupoldan nəhayət yaxşı xəbərimiz var! Sığınacaq dözdü. Dağıntıların təmiləməsi başladı, insanlar sağ çıxırlar!, – Taruta feysbukda yazır.
Ukrayna mətbumediasının məlumatına görə, martın 16-da Rusiya təyyarəsi yüzlərlə mülki şəxsin sığındığı Mariupol Dram Teatrının binasını bombaladı.
Ukraynalı deputat, Dmitri Qurinin “BBC”-yə verdiyi bəyanata görə, Rusiya qüvvələri uşaqların binada sığındığı barəsində böyük yazı olmasına baxmayaraq, teatra hava zərbəsi endiridi.
“Təyyarənin pilotu bu sözləri gördü və hər halda dram teatrını bombaladı”, – Qurin bəyan etdi. Onun sözlərinə görə, teatrda təşkil olunmuş sığınacaqda mindən çox insan var idi.