Ukrayna hökumətində, 800 min kişinin orduya çağırılmağın qarşısını almaq üçün ünvanını və əmək haqqı sistemini dəyişdiyini bildirirlər
Ukrayna hökumətində, 800 min kişinin orduya çağırılmağın qarşısını almaq üçün ünvanını və əmək haqqı sistemini dəyişdiyini bildirirlər

 
Ukraynada 800 min kişi orduya çağırılmağın qarşısını almaq üçün ünvanını və əmək haqqı sistemini dəyişib – bu haqda “Financial Times” Ukrayna hökumətinə istinadən məlumat yayır.

Cari səfərbərlik fonunda parlamentin iqtisadi məsələlər komitəsinin rəhbəri Dimitri Nataluxa, irimiqyaslı müharibə başlayandan sonra şirkətlərin hərbi xidmətə çağırış və ya mühacirət səbəbindən işçi qüvvəsinin orta hesabla 10-20 faizini itirdiyini bildirib.

“Financial Times”a əsasən resurs çatışmazlığı səbəbindən Ukraynada getdikcə daha çox biznes bağlanır və bu, iqtisadiyyata mənfi təsir göstərəcək və sentyabrın sonuna qədər vəziyyətin kritik həddə çatacağı gözlənilir.