Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, Aİ yardımı çərçivəsində Ukrayna 70 döyüş təyyarəsi alacaq
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, Aİ yardımı çərçivəsində Ukrayna 70 döyüş təyyarəsi alacaq

Ukrayna Silahlı Qüvvələri Aİ-nin yardımı ilə 70 hərbi təyyarə alacaq. Bu barədə məlumatı Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı “Facebook” sosial şəbəkəsində yayıb.

“Tərəfdaşlarımız MiQ-29 və Su-25-ləri təhvil verəcəklər! Lazım gələrsə, onları ukraynalı pilotların döyüş tapşırıqlarını yerinə yetirəcəkləri Polşa aerodromlarında yerləşdirmək mümkün olacaq”, – məlumatda deyilir.

Ukrayna hərbçilərinin sözlərinə görə, Ukrayna təyyarələri Aİ-nin üç ölkəsindən alacaq. O cümlədən, Polşa 28 MiQ-29, Slovakiya 12 MiQ-29, Bolqarıstan isə 16 MiQ-29 və 14 Su-25 təyyarəsi tədarük edəcək.

Xatırladaq ki, Avropa İttifaqı Ukraynaya silahların alınması və tədarükü üçün 450 milyon avro ayırıb.