Ukrayna hakimiyyətinin məlumatına görə, son 24 saat ərzində Rusiya Xarkov vilayətinin 17 yaşayış məntəqəsinə yönəlik atəş açıb, ölən və yaralananlar var
Ukrayna hakimiyyətinin məlumatına görə, son 24 saat ərzində Rusiya Xarkov vilayətinin 17 yaşayış məntəqəsinə yönəlik atəş açıb, ölən və yaralananlar var

Ukrayna hakimiyyətinin məlumatına əsasən, son 24 saat ərzində Rusiya Xarkov vilayətinin 17 yaşayış məntəqəsinə yönəlik atəş açıb. Ölənlər və yaralananlar da var.

Xarkovun Hərbi Dairəsinin Administrasiyasının rəhbəri Oleq Sinoqubovun verdiyi məlumata əsasən, Rusiyanın hücumları nəticəsində bir neçə evdə yanğın baş verib. 49 yaşlı kişi həlak olub. Xəsarət alanlar arasında bir neçə yaşlı qadın var.

Rusiyanın Xarkov şəhərinə atdığı pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 6 nəfər yaralandı. Onların arasında bir uşaq da var.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ötən gecə Rusiya 24 pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum etdi, onlardan 23-ü Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirildi.

Bununla yanaşı, Ukrayna prezidentinin məlumatına əsasən, Ukrayna hərbçiləri Rusiyaya məxsus “Su-25” döyüş təyyarəsini də zərərsizləşdirməyə müvəffəq oldu.

Volodimir Zelenski vətəndaşları yaxın günlərdə diqqətli olmağa çağırıb. Zelenski bəyan edir ki, Rusiya İsveçrədə planlaşdırılan sülh sammitini pozmaq məqsədi daşıyan təxribatları davam etdirir.