Ukrayna Gürcüstan və Qırğızıstandakı səfirlərini təcili olaraq geri çağıracaq. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciət zamanı deyib.
“Diplomatlarımıza gəlincə, onlar indi öz sözünə və beynəlxalq hüquqa xəyanət etmiş dövlətlərlə bağlı tamamilə ədalətli və zəruri qərarlar icra edirlər. Biz Ukraynaya qarşı təcavüzə haqq qazandırmaqla bağlı dərhal Qırğızıstandan səfiri məsləhətləşməyə dəvət edirik. Dərhal Gürcüstandakı səfiri bizə kömək etmək istəyən könüllüləri dayandırmağa və sanksiyalarla bağlı əxlaqsız mövqe tutmağa görə geri çağırırıq”, – deyə Zelenski bildirib.