Ukrayna Dövlət Sərhəd Xidməti - Rusiya hərbi texnikası, o cümlədən zirehli texnikası Çerniqov, Sumı, Luqansk və Xarkov vilayətlərində Ukrayna sərhədini pozdu
Rusiya hərbi texnikası, o cümlədən zirehli texnikası Çerniqov, Sumı, Luqansk və Xarkov vilayətlərində Ukrayna sərhədini pozdu. Bu barədə məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti yayır.
Yayılan məlumata görə, işğalçı qüvvələrin Luqansk, Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərindəki sərhəd bölmələrini atəşə tutdu.
Ukrayna Sərhəd Xidməti bir neçə əsgərin yaralandığı barəsində məlumat yayır. Ukrayna Sərhəd Xidmətiin məlumatına görə, işğal olunmuş Krımdan Xerson vilayətinin Preobrajenska qəsəbəsinə raket hücumu baş verdi, nəticədə bir hərbçi həlak oldu.
Həmçinin, məlumat yayılır ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin Kiyev vilayətində obyektlərindən biri raket sistemləri ilə bombalandı.