Ukrayna donanmasının verdiyi məlumata görə, "Zmeyni" adasının müdafiəçiləri sağdırlar
Ukrayna donanmasının məlumatına görə, Ukraynanın Qara dənizdəki “Zmeyni” adasının müdafiəçiləri sağdır və onlar Rusiyanın əsirliyindədirlər.
“Qardaşlarımızın sağ və salamat olması bizi çox sevindirir” – deyə bəyanatda bildirilir.
Ukrayna Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada həmçinin bildirilib ki, Rusiya təbliğatı onları Ukrayna hakimiyyəti tərəfindən unudulmuş kimi göstərməyə çalışır.
“Ruslar öz növbələrində adanın infrastrukturunu, qüllələrini, mayaklarını və digər avadanlıqlarını tamamilə məhv etdiklərini söyləməyi unudublar. Hərbi gəmilər və təyyarələr səbəbindən onlara kömək etmək üçün bizə icazə verilmədi” – deyə bəyanatda bildirilir.
Zmeyni adasındakı 13 ukraynalı sərhədçinin Rusiya hərbi gəmilərinin hücumu nəticəsində həlak olduğuna dair məlumat yayılırdı. Rusiya hərbçilərinin Ukrayna sərhədçilərini təslim olmağa çağırdığı, lakin Ukrayna sərhədçilərinin bu tələblə razılaşmadığını əks etdirən video yayılıb.