Ukrayna Baş Qərargahı - Dövlət Müdafiə Qüvvələri tam döyüş hazırlığındadır və müdafiə mövqelərini tutur və saxlayır, vəziyyət nəzarət altındadır
Dövlət Müdafiə Qüvvələri tam döyüş hazırlığındadır və müdafiə mövqelərini tutur və saxlayır, – bu barədə məlumatı Ukrayna Baş Qərargahı yayır.
Bəyanatda qeyd olunur ki, vəziyyət nəzarət altındadır və Odessada rus qoşunları desantçılarının olması barəsində məlumat həqiqətə uyğun deyil.
“Fevralın 24-də saat 05:00-da Rusiya Federasiyası Silahlı Qüvvələri şərqdəki bölmələrimizi intensiv bombardman etməyə, həmçinin Borispil, Osernomus, Kulbakinom, Çuqev, Kramatorsk, Çornobayevts hava limanlarının hərbi bazalarını, Ukraynanın hərbi obyektlərini bobalamağa başladılar.
Paralel olaraq, Rusiya sərhəd boyunca Ukrayna ərazısını və qəsəbəsini artileriyadan bombalamağa başladı.
Dövlət Müdafiə Qüvvələri tam döyüş hazırlığındadır və müdafiə mövqelərini tutur və saxlayır, vəziyyət nəzarət altındadır. Odessada rus qoşunları desantçılarının olması barəsində məlumat həqiqətə uyğun deyil. Biz birlikdə qalib gələcəyik”, – bəyanatda deyililir.