Ukrayna baş prokuroru bəyan edir ki, əsir düşmüş rus işğalçıları üçün xüsusi düşərgələrin təşkilinə başlanıldı
Ukrayna baş prokuroru bəyan edir ki, əsir düşmüş rus işğalçıları üçün xüsusi düşərgələrin təşkilinə başlanıldı

Ukraynada əsir düşmüş rus işğalçıları üçün xüsusi düşərgələrin təşkilinə başlanıldı. Bu barədə ölkənin baş prokuroru, İrina Venedeiktova “BBC” ilə müsahibəsində bəyan etdi.

Onun dediyinə görə, düşərgələrin təşkilini, eləcə də əsirlər üçün müvafiq tibbi yardımın göstərilməsinin Cenevrə Konvensiyası nəzərdə tutur. Düşərgələrin yaradılması ilə bağlı Müdafiə və Daxili İşlər Nazirlikləri, eləcə də müxtəlif idarələr səviyyəsində birgə sərəncam verilib.

Hərbi əsirlərin məsələsi ilə bağlı xüsusi yaradılmış hüquqmühafizə orqanı – hərbi hüquqmühafizə xidməti işləyəcək.