Ukrayna Ali Radasının bugünkü iclasında Dmitri Kulebanın istefa ərizəsinə baxılmayıb
Ukrayna Ali Radasının bugünkü iclasında Dmitri Kulebanın istefa ərizəsinə baxılmayıb

Ukrayna Ali Radası xarici işlər naziri Dmitri Kulebanın istefa ərizəsini nəzərdən keçirməyib. Parlamentin iclası artıq bağlanıb.

Deputat Yaroslav Jeleznakın məlumatına əsasən, parlamentin iclasında kadr dəyişikliklərinin müzakirəsi zamanı xarici işlər naziri Kulebanın işdən çıxarılması məsələsi “təcili olaraq təxirə salınıb”. Məsələyə baxılmasının təxirə salınmasının səbəbi məlum deyil.

Bundan əvvəl Ukrayna Radası baş nazirin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini, ədliyyə naziri Olqa Stefanışinanın, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Denis Maliuskanın, Ruslan Streletsin və sənaye nazirinin Aleksandr Kamışin istefasını dəstəkləyib.

Bununla yanaşı, deputatlar müvəqqəti olaraq işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşuk və Dövlət Əmlak Fondunun sədri Vitali Kovalın istefasını təsdiqləməyiblər – onların ərizələrinin təsdiqlənməsinə bir neçəsəs əksildi.

Ukrayna Prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, ölkənin yeni enerjiyə ehtiyacı var və kadr dəyişiklikləri ölkənin müxtəlif istiqamətlərdə güclənməsi ilə bağlıdır. Onun söylədiyinə görə, beynəlxalq siyasət və diplomatiya da istisna olmayacaq.

Ukrayna mediasının məlumatına görə, Kulebaya Ukraynanın Avropa İttifaqı və ya NATO-dakı nümayəndəliyində və ya Belçika və Lüksemburqda səfir vəzifəsi təklif oluna bilər.