Ukrayna Ali Radası Rusiyaya bağlı dini qurumların fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqləyib
Ukrayna Ali Radası Rusiyaya bağlı dini qurumların fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqləyib

Ukrayna Ali Radası Rusiya ilə əlaqəli dini qurumların fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqləyib.

Bu barədə sosial şəbəkələrdə deputatlar Yaroslav Zeleznki və Roman Lozinski məlumat yayıblar.

“Rada, nəhayət, Ukrayna ərazisində Rusiyaya bağlı dini qurumların fəaliyyətini qadağan edən qanun layihəsini qəbul edib”, – Zeleznki yazıb.

Zeleznkinin sözlərinə görə, qanun dərc edildikdən 30 gün sonra qüvvəyə minəcək. Bundan başqa, bəndlərdən birinə əsasən, Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin icmalarına Rus Pravoslav Kilsəsi ilə əlaqələri kəsmək üçün 9 ay müddət veriləcək.