Üçlük Məbədində Qudauri yaxınlığında həlak olan pilotların, xilasedicilərin və həkimlərin mülki yas mərasimi keçirilir
Tbilisidə, Üçlük Katedralında Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopterinin Qudauri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan pilotlar – Levan Çoxeli, Zaza Loria, Dima Kaadze, Andro Kucoşvili, xilasedicilər – Kaxa Torçinava və Qiorqi Marqiani, həkimlər – Keti Qulaqaşvili və Qiorqi Venetskinin mülki yas mərasimi keçirilir. Mülki yas mərasimi saat 14:00-a qədər keçiriləcək.
Üçlük Məbədində patriarxın xələfi Möhtərəm Şio ayin icra edəcək və xilasetmə əməliyyatı zamanı həlak olanların yas mərasimini aparacaq.
Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumatda, yas mərasimindən sonra Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin pilotları və Fövqəladə Halların İdarəedilməsi Xidmətinin xilasedicilərinin ailə məzarlığında hərbi ehtiramla dəfn olunacaqları deyilir.
İyulun 29-da Qudauri yaxınlığında iki nəfər paraplanla uçuş zamanı qayalıq yamaca düşüb. Xilasetmə əməliyyatına Sərhəd Polisinə məxsus helikopter cəlb olunmuşdu, əməliyyatın gedişatı zamanı helikopter idarəetməni ititrərək, yerə çırpıldı. Helikopterin göyərtəsində dörd ekipaj üzvü, o cümlədən Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin iki xilasedicisi və Səhiyyə Nazirliyinin fövqəladə halların koordinasiyası və təcili yardım mərkəzinin iki həkimi olub. Helikopterdə olan 8 nəfərin hamısı həlak olub. Xilasedilməsi üçün əməliyyatın başladıldığı xarici turist də həlak olub. Bununla yanaşı, paraplanın düşməsi nəticəsində xəsarət alan bir nəfər klinikaya yerləşdirilib.