Üçlük kafedral kilsəsində Epifaniya bayramı [şəkil]
Üçlük kafedral kilsəsində Epifaniya bayramı [şəkil]

 
Ortodoks kilsəsi bu gün Epifaniya bayramını qeyd edir. Fəaliyyətdə olan bütün kilsələrdə bayramla bağlı təntənəli liturgiya keçirilib.

Patriarxlıq taxtının xələfi, Senaki və Çxorotsğu mitropoliti Şio (Muciri) tərəfindən üçlük kafedral kilsəsində təntənəli liturgiya keçirilib.

Məbədin həyətindəki böyük hovuzda suyun dualanması ritualı yerinə yetirilib. Kilsə təliminə görə, dualanmış su xarab olmaz keyfiyyət əldə edir. Möminlər xəstəlik zamanı və ya gündəlik olaraq götürüb evə səpirlər.

Epifaniya 12 dini bayramdan biridir. O, İordan çayında Vəftizçi Yəhya tərəfindən Məsihin vəftiz edilməsi ilə bağlıdır. Bu gündən etibarən ilk kilsə müqəddəsliyi, vəftiz qaydasının əsas qoyulur. Epifaniyanı həm də tanrının vəhy bayramı adlandırırlar.