Ubisa-Şorapani yolunun hissəsində, sentyabrın 8-də, gecə saatlarında avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
Avtomobil Yolları Departamentinin məlumatına görə, Ubisa-Şorapani yolunun hissəsində, sentyabrın 8-də, gecə saatlarında avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
“Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 166-cı km-də, Ubisa-Şorapanı hissəsinin tikintisi prosesində “Çin Yolları və Körpülər Korporasiyasının Gürcüstan filialı” departamentinin kontraktor təşkilatı körpünün üzərinə metalların quraşdırılmasını həyata keçirir. Buna görə, Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə, 2022-ci il 8 sentyabr saat 00:00-dan 08:00-dək, avtonəqliyyat vasitələrinin hərəkəti 30 dəqiqəlik fasilələrlə qismən məhdudlaşdırılacaq (bir zolaq bağlanacaq). Günün qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir”, – Avtomobil Yolları Departamentində bəyan edirlər.