"TV Pirveli" və teleaparıcı Maya Mamulaşvili Kaxa Kaladzeyə mənəvi təzminat kimi 15 min lari ödəməli və yayılan məlumatları təkzib etməli olacaq
Tbilisi Şəhər Məhkəməsi Tbilisi meri, Kaxa Kaladzenin “TV Pirveli” və həmin kanalın teleaparıcısı Maya Mamulaşviliyə qarşı şikayəti üzrə qərarını elan etdi.
Məhkəmə Kaxa Kaladzenin teleşirkətə və Maya Mamulaşviliyə qarşı iddiasını qismən təmin etdi.
“Pirveli” teleşirkəti və Maya Mamulaşvili Kaladzeyə mənəvi ziyan kimi 15 min lari ödəməli, teleşirkət isə, Tbilisi meri haqqında yayılan xəbərləri təkzib etməlidir. Daha dəqiq olaraq, müdafiə tərəfinin bəyan etdiyinə görə, Mamulaşvili mənbəni göstərmədən, qəti şəkildə dedi ki, Kaladze tenderlərdən 60 milyon lari əldə etdi.
Tbilisi meri jurnalistin açıq şəkildə yaydığı məlumatı təkzib etməyi və cavab verən tərflərdən 100 min larinin ödənilməsini tələb edirdi.