Tütünə Nəzarət Alyansı - yalan təhrikə inanmayın, siqaret çəkmə qaydasının pozulması stadionlarda da cərimələnmə ilə nəticələnir
Sağlamlığın təbliği üzrə dövlət proqramının tütün istehlakına nəzarətin gücləndirilməsi çərçivəsində, Tütünə Nəzarət Çərçivə Konvensiyasının həyata keçirilməsi və monitorinqi mərkəzinin nəzarətçiləri “Dinamo Arena” stadionunda siqaret çəkmə qaydalarının pozulması faktını aşkarlayıblar-bu barədə Tütünə Nəzarət Alyansının məlumatında qeyd olunub.
Alyansdan verilən məlumatda, patrul polisinin tütünə nəzarət tənzimləməsini pozan şəxsi cərimələdiyi deyilir.
“Stadion administrasiyalarının və onların qonaqlarının sözügedən tənzimləmənin həyata keçirilməsinə seçici münasibəti olmasaydı, biz bu faktı təcili qeyd etməzdik. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) stadionda siqaret çəkməyi qəti şəkildə qadağan edir.
Beynəlxalq təşkilatlar idmanın olduğu yerdə tütündən istifadəni tamamilə yolverilməz hesab edirlər. Bu səbəbdən Gürcüstanda keçirilən beynəlxalq turnirlərdə stadionların administrasiyaları adıçəkilən təşkilatların tələblərinin yerinə yetirilməsi üçün səylərini əsirgəmirlər. Qapalı oyunlarda diqqət olduqca zəifləyir. Stadionların işçiləri belə siqaret çəkmə tənzimləməsinin yerinə yetirilməsinə nəzarət məsələsində özlərinə əziyyət vermirlər və bəzi tamaşaçılar tütün istehlakının milli qanunvericiliklə qadağan olunduğu yerlərdə siqaret çəkməmək mədəniyyətinə hələ də malik deyillər” – deyə Tütünə Nəzarət Alyansında qeyd edirlər.
“Yalan təhriklərə inanmayın, siqaret çəkmə qaydalarının pozulması cərimələnmə ilə nəticələnir. Əgər biz qərb dəyərlərinə malik ölkə qururuqsa, qanunvericilik tənzimləmələrinin pozulmasına və ya cinayətə göz yummağa çalışmamalıyıq. İyul ayında təəssüf ki, biz yenə də qanun pozuntularını qeydə aldıq. Günü sabahdan tütünlə mübarizə qanununun 100% icra ediləcəyi ilə bağlı illüziyamız yoxdur, lakin qarşıya məqsəd qoymuşuq ki, aylıq yoxlamalar zamanı 700-dən çox müxtəlif təşkilat və qurumların ofislərində tütünə nəzarət qanununun tətbiqinə başlanıldığı 2018-ci ildən daha yaxşı nəticələr qeydə alınsın.
Vətəndaşlardan siqaret çəkmə qaydalarına əməl etmələrini xahiş edirik və qapalı ictimai yerlərdə siqaret çəkildiyini görsəniz, 112-yə məlumat verin. Siqaret çəkmə qaydasının pozulmasını əks etdirən foto və ya video materialı çəkin və onu pozanlara göndərin. Məhz belə sivil yanaşma nəticəsində iyul ayında bir neçə ticarət obyektində siqaret çəkmə faktının qarşısı alındı və siqaret çəkən şəxs cərimələndi” – deyə Tütünə Nəzarət Alyansından bildirilir.