Tuşetidən vətəndaşların, o cümlədən turistlərin vertalyotla gətirilməsi prosesi bərpa olundu
Tuşetidən vətəndaşların, o cümlədən turistlərin vertalyotla gətirilməsi prosesi bərpa olundu

Tuşetidən turist və yerli əhalinin təxliyəsi prosesi yeniləşdirildi. Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Departamentinin vertalyotu 50 insanı artıq Telavi Aeroportuna endirdi.

“Bir reys etdilər, 50 nəfər gətirilib. Daha iki reys yerinə yetiriləcək. Onaloya maşınlarla başqa kəndlərdən əhali və turistləri aparırlar. Orada toplaşırlar və sonra vertalyotla gətirilməsi baş verir”, – Kaxeti qubernatoru, İrakli Şioşvili bəyan etdi.

24 sentyabrdaPşaveli-Abano-Omalo avtomobil yolunun zədələnməsi nəticəsində, yaksək dağlıq qəsəbə təcrid olundu, nəticədə yerlilər və turistlər dağda qaldılar. Gürcüstan və xarici ölkə vətəndaşlarının Telaviyə aparılması məqsədilə, prosesə yanğınsöndürən-xilasedici qüvvələr, bu gün səhərdən isə, Sərhəd Polisi vertalyotları qoşuldular.