Tuşetidən vətəndaşların çıxarılması prosesi başa çatdı
Tuşetidən vətəndaşların çıxarılması prosesi başa çatdı

Tuşetidən turistlərin və yerli əhalinin çıxarılması prosesi başa çatdı. Xilasedici əməliyyatda Fövqəladə Hallar İdarəsi Xidməti Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Departamentinin iki vertalyotu iştirak edirdi.

İki gün ərzində səkkiz reys yerinə yetirildi və 200-dən artıq insan çıxarıldı.

“Xilasedici əməliyyat dünən başladı, lakin əverişsiz havalara görə dünən başa çata bilmədi və bu gün səhərdən bərpa olundu. Bütün arzusunda olan, kim də dağı tərk etmək istəyirdi, hamısı çıxarılıb”, – Kaxeti qubernatoru, İrakli Şioşvili bəyan etdi.

Elə onun məlumatına görə, Tuşetiyə tərəf gedən yolun bərpası, təhlükəsizlik mütəxəssislərin yekun nəticəsinə müvafiq olaraq başlayacaq.