Tuşetidən 40-ə qədər vətəndaşı və turisti DİN-in vertalyotu ilə arana gətirdilər
Tuşetidən 40-ə qədər vətəndaşı və turisti DİN-in vertalyotu ilə arana gətirdilər

Tuşetidən 40-ə qədər vətəndaşı və turisti DİN-in vertalyotu yardımı ilə arana gətirdilər. Vertalyotla vətəndaşların gətirilməsi Telavi Aeroportunda həyata keçirildi.

Pşaveli-Abano-Omalo avtomobil yolunun zədələnməsi nəticəsində, yaksək dağlıq qəsəbə təcrid olundu, nəticədə yerlilər və turistlər dağda qaldılar. Bununla yanaşı, geridə qalan vətəndaşlar və turistlərin gətirilməsi DİN Sərhəd Polisinin iki vertalyotu ilə planlaşdırılır, lakin Kaxeti qubernatorunun bəyan etdiyinə görə, uçuşların həyata keçirilməsi hava şəraitindən asılıdır.

Xatırladaq ki, torpaq sürüşməsi nəticəsində Pşaveli-Abano-Omalo avtomobil yolunun 56 və 57-ci kilometrində avtomobil yolu zədələndi və Tuşeti istiqamətilə hərəkət qadağandır. Kaxeti qubernatorunun bəyan etdiyinə görə, çətin meteoroloji şərait səbəbindən Tuşetidən vətəndaşların gətirilməsini vertalyotlar pis hava şəraiti üzündən həyata keçrə bilmədilər.