Türkiyə iqtidarı "Şarli Ebdo" jurnalında Rəcəp Tayyip Erdoğanın karikaturalarının yayılmasını qınayır
Türkiyə iqtidarı Fransanın satirik jurnalı “Şarli Ebdo”-da, Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanın karikaturlarının yayılmasını qınayır.
Türkiyə prezidentinin mətbuat katibi sosiyal şəbəkə “Tvitterdə” qeyd edir ki, “Fransa prezidenti Makronun anti-müsəlman gündəminin nəticələri artıq bəlli oldu”.
“Qeyd olunan nəşriyyatın öz mədəni rasizmini və nifrətini dünyaya yaymaq üçün bu iyrənc cəhdini qınayırıq” – yazır sosiyal şəbəkə “Tvittedə” Türkiyə prezidentinin mətbuat katibi Fahrettin Altun.
Erdoğanın karikaturları “Şarli Ebdo” jurnalında oktyabrın 28-də yayıldı.
Karikaturlar Fransa və bir neçə müsəlman ölkəsi arasındaki gərginlik fonunda yayıldı.