Türkiyənin yeni səfiri Mixeil Canelidzeyə etimadnaməsini təqdim etdi
Türkiyə Respublikasının yeni səfiri Fatmaceren Yazqan, Gürcüstanın Xarici İşlər Nazirinə etimadnaməsini təqdim etdi.
Xarici İşlər Nazirliyinin məlumatına görə, etimadnamələrin təqdim edilməsindən sonra, Mixeil Canelidze və Fatmaceren Yazqan iki ölkə arasındaki partnyorluq münasibətlərini müzakirə etdilər.
Mixeil Canelidze Türkiyənin yeni səfirini Gürcüstana səfir təyin edilməsi münasibəti ilə təbrik etdi və yeni ölkədəki fəaliyyətində müvəffəqiyyətlər arzuladı.