Türkiyənin tələbi ilə, NATO-nun şimali-atlantik şurası fövqəladə konsultasiyalar keçirəcək
Türkiyənin tələbi ilə, NATO-nun şimali-atlantik şurası fövqəladə konsultasiyalar keçirəcək

Türkiyənin tələbi ilə, NATO-nun şimali-atlantik şurası fövqəladə konsultasiyalar keçirəcək.

Konsultasiyalarda alyansın üzvü olan bütün ölkələr iştirak edəcəklər.

NATO-nun baş katibi Yens Stoltenberqin bəyan etdiyinə görə, fövqəladə konsultasiyaların keçirilməsi NATO qətnaməsinin dördüncü maddəsi ilə nəzərdə tutulur.

NATO qətnaməsinin dördüncü maddəsinə görə, alyansın üzvü olan hərhansı bir ölkə təhlükə altında olduğunu hiss etdiyində, NATO-lu partnyorları ilə konsultasiyaların keçirilməsini tələb etmək haqqı var.

Xatırladaq ki, Suriyənin hava qüvvələri Rusiya aviasiyası ilə bərabər, İdlib əyalətində Türkiyənin hərbi kolonasına hücum etdi.

Hücum nəticəsində 33 əsgər həlak oldu, 35-dən artığı isə, yaralandı.

Baş verən hücuma cavab olaraq, Türkiyə Suriyənin iqtidar pozisiyalarına hücum etməyə başladı.