Türkiyənin səfiri Maka Boçorişvili ilə görüşdə Gürcüstanla sıx əlaqələrin qurulmasından məmnunluğumuzu bildirdik
Türkiyənin Gürcüstandakı səfirliyi Türkiyənin səfiri Ali Kaan Orbai ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında keçirilən görüşdən yazır.
“Biz Gürcüstanın xarici işlər naziri xanım Maka Boçorişvili ilə görüşdük. Onu yeni vəzifəsi münasibətilə təbrik etdik, ona uğurlar arzuladıq.
Görüşdə iki ölkənin ümumi gündəliyində olan məsələləri müzakirə etdik. Biz, həmçinin qonşu və strateji tərəfdaşımız olan Gürcüstanla sıx siyasi və iqtisadi əlaqələrin qurulmasından məmnun olduğumuzu bildirdik və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı istəyimizi təsdiqlədik”. – Məlumatda qeyd olunur.
Bundan əvvəl Xarici İşlər Nazirliyi də görüşlə bağlı məlumat yayıb.