Türkiyənin Müdafiyə Naziri - Azərbaycan silahlı qüvvələrinə yardım və dəstək verməyə davam edirik
Türkiyənin müdafiyə Nazirliyi Ermənistan aqressiyasına qarşı, Azərbaycan silahlı qüvvələrinə yardım və dəstək verməyə hazır olduğunu bildirir.
Bu haqda məlumatı Türkiyənin Müdafiyə Naziri Hulusi Akar verdi.
“Türkiyə Ermənistan tərəfindən Tovus rayonuna edilən hücumu qınayır və Azərbaycan əsgərlərinin həlak olması ilə bağlı dərin üzüntülərini bildirir.
Biz illərdir Azərbaycan ərazilərini qeyri-qanuni şəkildə işğal edən Ermənistanın aqressiv siyasətinə qarşı, Azərbaycan silahlı qüvvələrinə yardım və dəstək verməyə davam edirik” – dedi Hulusi Akar.
Onun dediyinə görə, Türkiyənin silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin yanında “İki dövlət, bir millət” prinsipi ilə durur.