Türkiyənin xarici işlər naziri - Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün möhtəşəm fürsət yaranıb
Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün möhtəşəm fürsət yaranıb-bu haqda Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri ilə üçtərəfli görüşdən sonra açıqlayıb.
O, regionda sülhün təmin edilməsinin bütün ölkələr üçün faydalı olduğunu bildirib.
“Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək üçün möhtəşəm fürsət yaranıb. Regionda sülhün təmin edilməsi bütün ölkələr üçün faydalıdır. 2020-ci ilin noyabrından sonra bunun üçün tarixi fürsət yaranıb”- nazir açıqlayıb.
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili azərbaycanlı və türk həmkarları Ceyhun Bayramov və Hakan Fidan ilə birlikdə Gürcüstan, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında üçtərəfli əməkdaşlıq formatının xarici işlər nazirlərinin IX görüşündə iştirak edib.